Çinin Quançjou şəhərində konteyner gəmisinin körpüyə çırpılması nəticəsində iki avtomobil dənizə düşüb. 2 nəfər həyatını itirib, 3 nəfər isə itkin düşüb.
Çinin Foşan şəhərindən cənubundakı Quançjou bölgəsinə doğru hərəkət edən konteyner gəmisi yerli vaxtla saat 05.30-da Lixinşa körpüsünə çırpılıb. Quançjou şəhəri yaxınlığında Pearl çayı deltasında gəmi körpüyə çırpılıb.
Körpüdə olan 2 maşın suya, 3 maşın isə gəmiyə düşüb. Bölgəyə 6 dalğıc və xilasedici gəmi göndərilib. Çin dövlət mediası hadisə nəticəsində 2 nəfərin öldüyünü, 1 ekipaj üzvünün yaralandığını, 3 nəfərin itkin düşdüyünü açıqlayıb.
Quançjou Dəniz Administrasiyası qəzanın səbəblərinin araşdırıldığını bildirib.
Mənbə: TGRT
Aynur Camal