İndi sevimli, lakin sonra “Böyük Ağ” olacaqbackend

YouTube fenomeni Carlos Gauna, ABŞ-ın Kaliforniya sahillərində dronla böyük ağ köpəkbalıqlarını çəkərkən doğuşdan sonra ilk dəfə yeni doğulmuş köpəkbalığını da çəkə bilib.

Balığın nazik, ağımtıl bir qişa ilə örtülməsi onun yeni doğulduğuna dair əhəmiyyətli bir ipucu olaraq ifadə edilib. Həmin anları “Kiçik, ağ, az qala albinos kimi görünən, ağ köpəkbalığı səthə çıxdı” kimi təsvir edən Qauna, “Environmental Biology of Fishes” jurnalında dərc olunan məqaləsində də tapıntılarını sənədləşdirib.

YouTube-da ‘TheMalibuArtist’ adı ilə yayımlanan Karlos Qauna bütün dünyada köpək balıqlarını çəkir.

Təbiətdəki ən vəhşi heyvanlardan biri olan böyük ağ köpəkbalıqlarının uzunluğu 6-7 metrə çatır. Saatda 40 km sürətlə üzə bilən böyük ağlar soyuqqanlı ovçular kimi tanınır.

Mənbə: hurriyyət.tr

Aynur Camal