İndiyə qədər ən isti qış qeydə alınıbbackend

Yunanıstanın indiyə qədər qeydə alınan ən isti qışı yaşadığı açıqlanıb. Yunanıstan Meteorologiya İdarəsi Aİ tərəfindən maliyyələşdirilən Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) məlumatları əsasında təhlil aparıb.

Təhlillərə görə, 2023-2024-cü illərin qışı Yunanıstanda indiyə qədər qeydə alınan ən yüksək temperatur qışı olub.

2023-cü ilin dekabr, 2024-cü ilin yanvar və fevral aylarında ölkə ərazisində havanın temperaturu mövsümi normadan yüksək olub.

Yunanıstanın son 10 ildə rekorda çatan ən isti 6 qışının yaşandığı vurğulanıb.

Yunanıstanda qışda temperatur 1960-cı ildən bəri 1,8 dərəcə artaraq 11 dərəcəni keçib.

Mənbə: TrtHaber

Aynur Camal