İndoneziya Xəstəxanası “Şəfadan”dan sonra hədəf oldubackend

Qəzzanın ən böyük tibb müəssisəsi olan Əl-Şifadan sonra İsrail tankları şimalda İndoneziya xəstəxanasını mühasirəyə alıb.

“Yeni Gundem” xəbər verir ki, xəstəxana rəhbərliyi İsrailin artilleriya atəşi nəticəsində xəstəxanada olan ən azı 12 nəfərin öldüyünü bildirib. Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra hücumlarda ikisi həkim olmaqla, onlarla insanın yaralandığını açıqlayıb.

El Kudra bildirib ki, İsrail qüvvələrinin Şifa xəstəxanasında etdiklərinin İndoneziya xəstəxanasında da təkrarlanmasından qorxurlar.

Qətər mərkəzli Əl-Cəzirə televiziyasına danışan tibb qrupu, xəstəxananın əvvəlki gecə ərzində əvvəlcədən xəbərdarlıq edilmədən hədəf alındığını bildirib. Xəstəxanada təxminən 150 yaralı xəstə və 100-ə yaxın tibb işçisi, həmçinin minlərlə fələstinli məcburi köçkün var.

İsrail Şifa xəstəxanası yaxınlığında 55 metr uzunluğunda HƏMAS tuneli aşkarladığını iddia edib.

İsrail ordusu Qəzzadakı Əl-Şifa Xəstəxanası şəhərciyində HƏMAS-ın “kilometrlər uzunluğundakı yeraltı tunellərin görüşmə nöqtəsi” olduğu iddiası ilə ələ keçirdiyi tunellərin “ilk sübutu” olaraq xarakterizə etdiyi bir video paylaşıb.

Ordunun dərc etdiyi görüntülərdə tunelin təxminən 10 metr yerin altında və xəstəxana şəhərciyinin daxilində 55 metr uzunluğunda olduğu, içəriyə aparan pilləkən və ucunda partlayışa davamlı qapı olduğu bildirilib. Bundan əlavə, 7 oktyabr hücumunda Həmas tərəfindən girov götürülən biri Tailandlı və biri Nepallı iki nəfərin Əl Şifaya gətirildiyini əks etdirən video paylaşılıb. Həmas siyasi ofisi bildirib ki, yaralı girovların xəstəxanaya gətirildiyini əks etdirən video məhbuslara lazımi tibbi xidmət göstərildiyini sübut edir.

Mənbə: hurriyyət.tr

Aynur Camal