İndoneziya xəstəxanasında bir qadını öldürüldübackend

İsrail əsgərləri Qəzzada İndoneziya xəstəxanasına basqın edərək yaralı qadını öldürüb.Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusu intensiv bombardmanlardan sonra İndoneziya xəstəxanasına basqın edib.

“Yeni Gundem” xəbər verir ki, xəstəxananı mühasirəyə alan İsrail əsgərləri yaralı qadını öldürüb, ən azı 3 nəfəri də yaralayıb.

Tibb mənbələri, İsrail əsgərlərinin İndoneziya xəstəxanasına hücumu və basqının Şifa xəstəxanasına edilən hücumdan daha dəhşətli və şiddətli olduğunu və bunun açıq şəkildə müharibə cinayəti olduğunu bildirib.

Qəzza Səhiyyə Nazirliyi də gecə verdiyi açıqlamada Qəzza zolağının şimalında yerləşən İndoneziya Xəstəxanasının İsrail ordusu tərəfindən “şiddətli bombardmana” məruz qaldığını, 200 yaralının həyatı və tibbi yardım üçün qorxunun olduğunu bildirib.

İsrail ordusu Qəzza zolağının şimalındakı Cibaliye bölgəsində Hadir ailəsinin evini də bombalayıb, mülki müdafiə qrupları 10 fələstinlini dağıntılar altından çıxarıb.

İsrail döyüş təyyarələri gecə boyu Qəzza zolağının müxtəlif hissələrini hədəfə almağa davam edərək onlarla insanın ölümünə və yaralanmasına səbəb olub.

Mənbə: TrtHaber

Aynur Camal