Yakutiyada inəklər arasında keçirilən gözəllik müsabiqəsinin qalibi məlum olub.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, müsabiqə üçüncü dəfədir keçirilir. Bu il təkcə Yakutiyadan deyil, Krımdan və Kaluqa vilayətindən də 13 iştirakçı iştirak edib.
Srednekolımski rayonunun Sılqı-Yıtar kəndindən olan üç yaşlı Manik (“Şalunya”) inək mütləq qalib kimi tanınıb. Onun sahibinə 10 min rubl verilib.
“Vkontakte” sosial şəbəkəsində də “Xalqın Seçimi Mükafatı” nominasiyası üzrə səsvermə keçirilib.
Sosial şəbəkədə insanların seçimi Bulun rayonunun Boroqon (Namı) kəndindən olan 12 yaşlı Xaraçaas olub.
Mükafat Namski rayonunun İskrovski nəslindən olan inəyin sahibi Xarakyəyə verilib. O, üç min rubl alacaq. İnək sahibi administrasiyadan həmçinin balıq tutmaq üçün kirşə qazanıb.
Mənbə: mail.ru
Aynur Camal