Sunak: “Böyük Britaniya azad ticarət və hərəkət azadlığını müdafiə edəcək”
ABŞ və Britaniya ordusunun Yəməndəki husi hədəflərinə qarşı başlatdığı hücumlarla bağlı İngiltərə Baş naziri Sunak açıqlama verib: “Birləşmiş Krallıq azad ticarət və səyahət azadlığını müdafiə edəcək. Kral donanması Husilərin təcavüzünün qarşısını almaq üçün Qırmızı dənizdə patrul edir”.
İngiltərə baş naziri Rişi Sunak Qırmızı dənizdə husiləri hədəf alan hava hücumları ilə bağlı yazılı açıqlama verib.
Kral Hərbi Hava Qüvvələrinin Yəməndə husilərin istifadə etdiyi hərbi obyektlərə “məqsədli hücumlar” həyata keçirdiyini bildirən Sunak, husilərin son aylarda Qırmızı dənizdə ticarət gəmiçiliyinə qarşı bir sıra təhlükəli və sabitliyi pozan hücumlar həyata keçirdiklərini, təhdidlər səsləndirdiyini bildirib. Böyük Britaniya və digər beynəlxalq gəmilərin həyati əhəmiyyət daşıyan ticarət yolunda böyük axsamalara səbəb olduğunu qeyd edib.
Bu hərəkətləri “ehtiyatsızlıq” kimi xarakterizə edən Sunak, bu hərəkətlərin dənizdə insanların həyatını riskə atdığını və Yəməndəki humanitar böhranı daha da pisləşdirdiyini bildirib. O həmçinin, onların əlaqəli hədəflərə qarşı “lazımi və mütənasib” addım atdıqlarını müdafiə edib.
Baş nazir Sunak, beynəlxalq ictimaiyyətin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, husilərin bu həftə Qırmızı dənizdə İngiltərə və ABŞ hərbi gəmilərinə hücumlarını davam etdirdiyini xatırladıb və bu açıqlamaları verib:
“Bu qəbuledilməzdir. Böyük Britaniya hər zaman naviqasiya azadlığını və ticarətin sərbəst axınını müdafiə edəcək. Buna görə də biz Hollandiya, Kanada və Bəhreynin qeyri-operativ dəstəyi ilə bu hücumlarla əlaqəli hədəflərə qarşı özünümüdafiə ilə məşğul oluruq. Biz ABŞ ilə birlikdə məqsədimiz Husilərin hərbi imkanlarını zəiflətmək və qlobal gəmiçiliyi qorumaqdır”.
“Kral Hərbi Dəniz Qüvvələri Husilərin təcavüzünün qarşısını almaq üçün çoxmillətli “Rifaət Mühafizəsi” əməliyyatının bir hissəsi olaraq Qırmızı dənizdə patrul fəaliyyətini davam etdirir və biz onları (husiləri) hücumlarını dayandırmağa və gərginliyi azaltmaq üçün addımlar atmağa çağırırıq”.
Mənbə: TrtHaber
Aynur Camal