İngiltərə Baş naziri Rishi Sunak İsraildə!backend

Qəzzada xəstəxanaya edilən hücumdan sonra İngiltərədən İsrailə dəstək gəlib.

“Yeni Gundem” xəbər verir ki, Böyük Britaniyanın baş naziri Rişi Sunak İsrailə səfər edib. Sunak ölkəyə girərkən verdiyi açıqlamada “Birləşmiş Krallıq və mən sizinləyik” deyib.

İsrail blokadada saxladığı Qəzzaya bombalar yağdırmaqla yanaşı, dünya liderlərindən də dəstək alır. Yüzlərlə insanın həyatını itirdiyi qanlı xəstəxana hücumundan sonra İsrail ABŞ prezidenti Co Baydendən sonra Böyük Britaniyadan dəstək aldı. Baydenin ardınca İngiltərənin baş naziri Rişi Sunak da bu səhər Təl-Əvivə səfər edib.

Sunak İsrailə yola düşməzdən əvvəl verdiyi açıqlamada, “Hər mülki ölüm faciədir. Əl-Əhli Xəstəxanasına edilən hücum, daha da təhlükəli eskalasiyanın qarşısını almaq üçün bölgə və dünya liderlərinin bir araya gəlməsi üçün münaqişədən dönüş nöqtəsi olmalıdır”.

Mənbə: TGRT Xəbərləri

Aynur Camal