İngiltərədə duzlu çay mübahisəsibackend

Amerikalı kimya professorunun çaya bir çimdik duz əlavə etməsi ilə bağlı açıqlaması bu gün İngiltərədə ən çox müzakirə olunan mövzuya çevrilib.

ABŞ-lı kimya professoru Mişel Franklın “Dəmlənmiş: Çayın Kimyası” kitabının tanıtımı üçün verdiyi press-relizlərdə “mükəmməl dəmləmə” üçün çaya duz əlavə edilməsi ilə bağlı açıqlaması çay istehlakı ilə məşhur olan İngiltərədə ən çox müzakirə edilən mövzulardan biri idi.

Franklın açıqlaması “Amerikalı professor ingilislərə çay hazırlamaqla bağlı dərslər verir” kimi şərhlərə səbəb olub və nəticədə ABŞ-ın Londondakı səfirliyi mövzu ilə bağlı yumoristik bir mətbuat şərhi verib.

 ABŞ səfirliyi bəyanatında deyilir: “Çay dostluq iksiridir, xalqlarımızı birləşdirən müqəddəs bağdır. Biz biganə qala bilmərik, çünki bu cür hədsiz təklif Xüsusi Münasibətlərimizin əsaslarını təhdid edir.

Buna görə də biz İngiltərənin yaxşı insanlarını əmin etmək istəyirik ki, Britaniyanın milli içkisinə duz əlavə etmək kimi ağlasığmaz ideya ABŞ-ın rəsmi siyasəti deyil. Və bu heç vaxt baş verməyəcək.

Gəlin güclü həmrəyliyimizlə birləşək və çaya gəlincə bir bədən olduğumuzu dünyaya göstərək. “ABŞ səfirliyi çayı mikrodalğalı sobada qızdırmaqla düzgün şəkildə hazırlamağa davam edəcək.

ABŞ-lı kimya professoru Mişel Frankl mövzu ilə bağlı çoxlu elektron məktublar aldığını ifadə edərək, “Kitabımın diplomatik təsirləri var!” deyib. Bildirilib ki, Çində 8-ci əsrə aid əlyazmalarda duz əlavə edilərək çay dəmlənir. Francl, çay dəmlənərkən çox az miqdarda duzun əlavə edilməsinin çaya acı dad verən bir maddənin qarşısını aldığını ifadə edib.

Ən çox çay istehlak edilən ölkələrin sıralaması ildən-ilə dəyişkən, Almaniya mərkəzli statistika platforması Statista 2016-cı il araşdırmasında Türkiyənin adambaşına çay istehlakında birinci yerdə olduğunu açıqlayıb. Çay istehlakına görə İrlandiya ikinci, İngiltərə isə üçüncü yerdədir.

Mənbə: hurriyyət.tr

Aynur Camal