İngiltərədən yeni Ruanda planıbackend

Britaniya Ruandaya getmək üçün sığınacaq müraciətləri rədd edilən insanlara 3000 funt-sterlinqə qədər pul təklif etməyi planlaşdırır. Bu planın nə vaxt həyata keçiriləcəyi və bundan nə qədər insanın faydalanacağı hələlik bəlli deyil. Artıq ölkədə sığınacaq müraciətləri rədd edilən insanların öz ölkələrinə könüllü qayıtmaq üçün pul aldıqları sistem mövcuddur.

Yeni proqram ölkələrinə qayıda bilməyən insanları hədəf alır.

İngiltərə hökuməti bir müddətdir ki, ölkəyə qeyri-qanuni yollarla gələn sığınacaq axtaranların müraciətləri qiymətləndirilərkən Ruandada qalması üçün başqa bir təşəbbüs həyata keçirməyə çalışır. Bu təşəbbüs parlament tərəfindən təsdiqlənməlidir.

BBC-yə brifinq verən hökumət mənbələri bildiriblər ki, bu yeni plan könüllü əsaslara əsaslandığı üçün parlamentdəki qanun layihəsindən müstəqildir.

“Keçən il 19,000 adam ölkəni könüllü tərk etdi, bu, qeyri-qanuni immiqrasiya ilə mübarizəyə verdiyimiz əhəmiyyəti nümayiş etdirir” Daxili İşlər Nazirliyinin sözçüsü deyib.

Mənbə: hurriyyət.tr

Aynur Camal