Amerika Qələm Assosiasiyası İrandan güneyli qadın məhbusun azadlığa buraxılmasını tələb edir.
Yüzlərlə yazıçı, sənətçi, hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti təşkilatlarının imzası ilə açıq məktubda Amerika Qələm Assosiasiyası İran hökumətindən dekabrın 10-da Osloda Nobel Sülh Mükafatı mərasimiminə qədər Nərgiz Məhəmmədinin azadlığa buraxılmasını istəyib.
Məktubda deyilir:
“Nərgiz Məhəmmədinin adı İranda insan haqları uğrunda mübarizənin sinonimidir və dünya üzrə fəalların azadlıq və bərabərlik üçün ödədikləri ağır bədəli xatırladır. Ürək və ağciyər xəstəliklərindən əziyyət çəkən Nərgiz Məhəmmədi, məcburi hicabdan imtina etdiyinə görə tibbi yardımdan məhrumdur. İnsan haqlarının pozulması ilə yanaşı, Nərgiz Məhəmmədinin həbsdə qalması bu gün İranda və dünyada siyasi opponentlərin və insan haqları müdafiəçilərinin vəhşicəsinə təqib edilməsini göstərir”.
Mənbə: Azad İran
Aynur Camal