İsrailin Qəzzaya hücumu zamanı dağıntılara çevrilən El-Ehli Baptist Xəstəxanasında 500-ə yaxın günahsız insan həyatını itirdi və hadisə tarixə görünməmiş bir vəhşilik kimi düşdü.
“Yeni Gundem” xəbər verir ki, xəstəxananın baş cərrahı Ghassan Abu Sitta və Fələstin rəsmiləri həlak olan uşaqların cansız bədənləri qarşısında keçirdikləri mətbuat konfransında dəhşət anlarını izah ediblər.
Konfrans zamanı həkimlər qətliamda həyatını itirən uşaqların cəsədlərini tutaraq vəhşiliyi bütün dünyaya nümayiş etdiriblər.
Baş cərrah Ghassan Abu Sitta açıqlamasında deyib: “Axşam saatlarında əməliyyatdan sonra raketin, sonra isə böyük partlayış səsi eşitdik. Partlayış nəticəsində əməliyyat otağının tavanının bir hissəsi içəri düşdü. Əməliyyat otağından bayıra çıxıb təcili yardıma doğru gedəndə bir-birinin üstünə yığılmış uşaq cəsədlərini və yaralı uşaqların olduğunu gördüm.
Ayağını ombasından kəsilən adama müdaxilə etdim.
Yaralıları reanimasiya etməyə çalışmağa davam etdik. Təcili yardım gələndə boynunda qəlpə olan yaralını təcili yardıma apararaq kömək etdim. Təcili yardıma tərəf gedəndə hər yerdə bədən hissələri var idi və cəsədlər xəstəxananın həyətində yığılmışdı. Sonra təcili yardıma mindim və xəstəni digər “Şəfa” xəstəxanasına müşayiət etdim.
Hücumdan bir gün əvvəl Baptist Xəstəxanasına getdiyim zaman, nə qədər ailənin təhlükəsiz bir sığınacaq olacağını düşünərək xəstəxanaya sığındığını gördüm. Həmin ailələr bu hücum nəticəsində ya həlak olub, ya da ağır yaralanıb.
Bu, dünyanın gəldiyini gördüyü bir müharibə cinayətidir.”
Ötən gecə Qəzzadan atılan raketlərin bir hissəsi Təl-Əviv şəhər mərkəzinə düşüb. Hücuma görə məsuliyyəti İzzettin Qassam Briqadaları öz üzərinə götürüb. İsraildən hər hansı itki olub-olmaması ilə bağlı açıqlama verilməyib.
BOMBARDIMANDAN 20 SAAT ƏVVƏL BAĞDA OYNAYIRDILAR
İsrailin Qəzzadakı Əl-Ehli Baptist Xəstəxanasına hücumundan 20 saat əvvəl çəkilən video sosial mediada paylaşılıb. Videoda paylaşılan ürəkağrıdan görüntülərdə xəstəxanada uşaqların rəqs etdiyi, mahnı oxuduğu, oyun oynadığı və ətrafdakı zibilləri yığıb təmizlədiyi görülüb. Görüntülərin çəkilməsindən cəmi 20 saat sonra İsrail əsasən qadın və uşaqların yerləşdiyi xəstəxananı vurub. Xəstəxanaya edilən hücumda ən azı 500 nəfər ölüb. Yaralıların müalicəsi hələ də davam edir.
UNICEF PREZİDENTİ: DƏHŞƏTDƏYƏM
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) prezidenti Ketrin Russel Qəzzada Əl-Ehli Baptist Xəstəxanasına edilən hücumdan dəhşətə gəldiyini bildirib. Russel, UNİCEF-in internet saytında dərc etdiyi yazılı açıqlamada, “Qəzza zolağında Əl-Əhli Baptist Xəstəxanasına edilən hücumdan sonra bildirilən uşaq və qadınların ölməsi və yaralanması məni dəhşətə gətirir. Rassel bildirib ki, cəmi 11 gün ərzində yüzlərlə uşaq faciəvi şəkildə həyatını itirib, minlərlə uşaq yaralanıb, 300 mindən çox uşaq evlərini tərk edib.
“Mülki əhaliyə və xəstəxanalar kimi mülki infrastruktura qarşı hücumlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır” Russel deyib.
“UNICEF hərbi əməliyyatların dərhal dayandırılması, uşaqların müdafiəsi və təcili humanitar yardım tələbini təkrarlayır”, – o əlavə edib.
Mənbə: hurriyyət.tr
Aynur Camal