“İnternetdə yerləşdirdiyiniz nömrələri silin”backend

Əməkdar artist Nailə islamzadə “Azərsu” Səhmdar Cəmiyyətindən şikayət edib.

Ustad aparıcı bu barədə feysbuk hesabında məlumat yayıb. İslamzadə qeyd edib ki, su problemi ilə üzləşib və qurumdan onun zənglərinə cavab verən yoxdur:

“Bir də görürsən qəflətən su kəsildi və ya səhər oyanırsan, su gəlmir. Anlayırıq, təmir işləri gedə, qəza ola bilər, amma əhaliyə xəbərdarlıq edin, lütfən. “O ərazidəki binalara elan asın”deməkdən yoruldum. Su kəsiləndən, şikayətlərdən sonra elan verilir (o da verilsə). İnternetdə yerləşdirdiyiniz nömrələri də silin, lütfən, “qaynar xətt”dən başqa heç biri cavab vermir (yalnız “Azərsu” deyil, başqa qurumlarda da).

Niyə bura yazdım? ”Qaynar xətt”dəki xanım dedi ki, mətbuat xidmətinin nömrəsini verə bilmərəm. Elan verəndə isə “suyun verilməsində məhdudiyyət olacaq” yox, “su kəsiləcək və nə vaxt veriləcək bilmirik” yazısını yazın”.