Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadalarının “Əqsa tufanı” əməliyyatına başladığı oktyabrın 7-dən bu yana İordan çayının qərb sahilində sionistlər tərəfindən şəhid olan fələstinlilərin sayı artmaqda davam edir.
“Yeni Gundem”in əldə etdiyi məlumata görə, sionist işğalçı rejimin qondarma ordusu 17 yaşlı gənci şəhid edib. İki fələstinlini də yaralanıb.
Nablus şəhərinin şərqindəki Məsakin Şəbiyə mahalının sakini Semir Mahmud Əbdülqadir Səbra qondarma sionist işğal rejiminin hərbçiləri tərəfindən qarnından güllə yarası alıb və şəhid olub.
Oktyabrın 7-də İzzəddin Əl-Qəssam Briqadaları “Əqsa tufanı” əməliyyatına başladıqdan sonra İordan çayının qərb sahilinin bir çox şəhərlərində sionist işğalçı rejimin qondarma ordusu ilə fələstinlilər arasında qarşıdurma yaşanır.
Ötən həftədən bəri davam edən qarşıdurmalarda son şəhidlər də daxil olmaqla 61 fələstinli şəhid olub.
Mənbə: İLKHA
Aynur Camal