iOS üçün WhatsApp-a keçid açarı dəstəyi gəlirbackend

iPhone sahibləri barmaq izi və ya üzlərindən istifadə edərək hesablarına daxil ola biləcəklər. Bu funksiya artıq altı aydır ki, Android-də mövcuddur.

WABetaInfo portalının mütəxəssisləri iPhone üçün WhatsApp-ın beta versiyasında Passkey texnologiyasının qeyd edildiyini aşkar ediblər. Çox güman ki, messencer bu il onu dəstəkləməyə başlayacaq. Passkey parol olmadan hesablara daxil olmağa imkan verən texnologiyadır. Avtorizasiya üçün istifadəçinin barmaq izləri və ya Face ID kimi biometrik məlumatlarından istifadə edilir. Giriş açarları artıq Apple, Google, Microsoft, VK və digər böyük İT şirkətləri tərəfindən dəstəklənir.

İndi iPhone sahibləri iki faktorlu autentifikasiya zamanı birdəfəlik SMS kodu və ya telefon nömrəsi daxil etmədən WhatsApp-a daxil ola biləcəklər. Sizə lazım olan tək şey barmağınızı/üzünüzü skan etməkdir.

WhatsApp artıq Android-də Passkey-i dəstəkləyir. Texnologiya ilk dəfə messencerdə 2023-cü ilin oktyabrında peyda olub. Bununla belə, xidmətin iOS versiyasında hələ də mövcud deyil. 9To5Mac mütəxəssisləri bu il Passkey-in bütün iPhone istifadəçiləri üçün əlçatan olacağını gözləyirlər. Aydınlaşdıraq ki, Passkey-in işləməsi üçün smartfonunuz iOS 17-ə yenilənməlidir.

Mənbə: mail.ru

Aynur Camal