İqlim dəyişikliyinə qarşı mübarizə aparan viruslar aşkar edilibbackend

Alimlər iqlim dəyişikliyi ilə mübarizə apara bilən viruslar aşkar ediblər. Phys.org saytında dərc olunan press-relizdə araşdırmaya görə, bu viruslar dəniz ekosistemlərində karbonu emal edən bakteriya və hüceyrələrdən genlər alıb.

Bioloqlar dəniz mikroblarının maddələr mübadiləsində iştirak edən genlərin xəritəsini tərtib etdilər və okean viruslarının genomlarında da meydana çıxan 128 geni müəyyən etdilər. Modelləşdirmə göstərdi ki, bu bakteriofaq viruslarından bəziləri bakteriyaların atmosferdən karbon tutmaq və dəniz ekosistemlərində sekvestr etmək qabiliyyətini əhəmiyyətli dərəcədə artıra bilər.

2016-cı ildə aparılan əvvəlki tədqiqatlar göstərdi ki, okeanda karbonun udulması virusların olması ilə bağlıdır. Virusların, yoluxmuş karbon emal edən hüceyrələr okean dibinə yerləşərək daha böyük aqreqatlara toplaşdıqda karbonu sekvestr etməyə kömək etdiyi düşünülür.

Alimlər həmçinin bildiriblər ki, bakteriofaqlar artıq İsveçin şimalındakı permafrost bölgəsində geomühəndislik alətləri kimi istifadə olunur. Bu viruslar bakteriyaların güclü istixana qazı metanını buraxmasının qarşısını alır.

Mənbə: mail.ru

Aynur Camal