Azərbaycanın paytaxtı Bakı 2024-cü ilin noyabrında baş tutacaq COP29 İqlim Dəyişikliyi Konfransına ev sahibliyi etməyə hazırlaşır.
Azərbaycanın ekologiya naziri Muxtar Babayev ölkəsinin təşkilatın növbəti sammitinə ev sahibliyi edəcəyini açıqlayıb.
Bu il Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən sammitin gələn ilki ev sahibi ilə bağlı fikir ayrılıqları olub. Bolqarıstan, Rusiya Ukraynaya verdiyi dəstəyə görə Avropa Birliyinə üzv olan istənilən ölkənin namizədliyinə veto qoyacağını bildirdikdə namizədlikdən geri çəkildi.
Nəhayət, Ermənistan “xoşməramlı jest” kimi Azərbaycanın iqlim sammitinin 29-cu sessiyasına ev sahibliyi etmək müraciətini dəstəklədiyini bildirdikdə, Bakı təşkilat üçün yeganə variant olub.
Digər tərəfdən, ekspertlər bu qənaətdədirlər ki, iqtisadiyyatı əsasən qalıq yanacaqlardan asılı olan Azərbaycanın iqlim sammitinə ev sahibliyi etməsi iqlim fəalları tərəfindən tənqidlə qarşılanacaq.
Mənbə: hurriyyət.tr
Aynur Camal