İran 4 şübhəlini edam etdibackend

Mossad-da işlədikləri iddiası: İran 4 şübhəlini edam edib.

İsrail kəşfiyyatına çalışdıqları iddia edilən şübhəlilərin müdafiə sənayesi obyektinə hücum planlaşdırdıqları iddia edilib. İttihamların mərkəzində olan adlara ölüm hökmü verilib.

Adları açıqlanan şübhəlilərin Mossad üçün hərəkətə keçərək müdafiə sənayesi obyektinə hücum etməyi planlaşdırdıqları iddia edilib.

Fars Xəbər Agentliyinin məlumatına görə; Məhəmməd Feramerzi, Muhsin Mazlum, Vefa Azərbər və Pejman Fatihi səhər saatlarında edam edilib.

 Rejim əleyhdarı Komala təşkilatına üzv olduqları iddia edilən şəxslərin İraqın şimalından İrana sızdığı və İsfahanda müdafiə sənayesi obyektinə hücum planı hazırlayarkən nəzarətə alındığı bildirilib.

Mənbə: EnSonHaber

Aynur Camal