“İran agentlərinin Kanadada olması fikri dəhşətlidir”backend

Kanadının Mühafizəkarlar Partiyasının lideri və ölkədə müxalifətin ən görkəmli siması Pyer Palio İran hökumətinə işləyən agentlərin Kanadadakı təsir səviyyəsi ilə bağlı dərc edilən xəbərləri dəhşətli adlandırıb və onların ölkədən çıxarılmasını tələb edib.

“Global News”un məlumatına görə, Pyer Palio deyib: “İran hökumətinin quldurlarının Kanadada olması və terror fəaliyyətləri ilə bağlı xəbərlər dəhşətlidir.

İran hökumətinə casusluq edən şəxslər bu ölkədə Kanada yəhudilərini və iranlı müxalifləri hədələyirlər. Oğurladıqları pulları xərcləyir və mühakimə olunmadan fəaliyyətlərini davam etdirirlər”.

Mənbə: Azad İran

Aynur Camal