İran parlamentinin komitə sədri Naxçıvanda səfərdədirbackend

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət komitəsinin sədri Muctaba Zonnurinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvana səfər edib.

“Yeni Gündəm”-in məlumatına görə, səfər çərçivəsində İranın nümayəndə heyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşəcək.

Görüşdə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi haqda müzakirələr aparılacaq.