İnsanlığa qarşı cinayət törətdiyinə görə İran prezidentinin həbsi tələb edilib.
“Agence France-Presse” xəbər verir ki, Cenevrəyə səfəri ərəfəsində İsveçrədə İran prezidenti İbrahim Rəisiyə qarşı hüquqi şikayət verilib.
Məlumata görə, İbrahim Rəisinin ölkəyə səfəri zamanı “soyqırımı, işgəncə, qanunsuz edamlar, insanlığa qarşı cinayətlər”də ittiham olunaraq həbs edilməsi tələb edilib.
Mənbə: Azad İran
Aynur Camal