İRNA xəbər verir ki, dünən İran prezidentinin həyat yoldaşı Cəmilə Ələmulhuda İslam ölkələrinin prezidentlərinin və nazirlərinin xanımlarından istəyib ki, mənəvi prinsiplərə və dəyərlərə sadiq bir dövlət xadimi kimi öz həyat yoldaşlarından Qəzza sakinlərinin problemlərini həll etməyə çalışmağa çağırış etsinlər və Qəzzaya yardım üçün beynəlxalq fond yaratmağı da istəyə bilərlər.
“Qəddarlıqdan, zorakılıqdan uzaq dünya ancaq ailənin möhkəmlənməsi, ədalət istəmə mədəniyyətinin inkişaf etdirilməsi fonunda gerçəkləşə bilər və bu sahədə qadınların üzərinə düşən məsuliyyət çox böyükdür”.
Qeyd edək ki, başqa dövlətlərə çağırış edən İran prezidentinin xanımı öz ölkəsində qadınlara qarşı artan ədalətsiz qanunların mövcudluğunu, ayrı-seçkiliyi, insanların ağır iqtisadi durumunu gözardı edib.
Mənbə: Azad İran
Aynur Camal