ABŞ rəsmisi: “Çox güman ki, İran Qırmızı dənizdə gəmi qaçırılmasında iştirak edib”.
Adının açıqlanmasını istəməyən ABŞ Müdafiə Nazirliyinin rəsmisi “Associated Press”ə bildirib ki, noyabrın 19-da Qırmızı dənizdə yük gəmisini qaçıran yəmənli üsyançılar İran qüvvələri tərəfindən dəstəklənir və İran hökumətinin onlara təlim keçdiyi ehtimal edilir.
“Husilərə məxsus helikopterin israilli milyarder Abraham Rami Onqara aid yük gəmisi olan “Galaxy Leader”ə hücumunun yeni görüntülərini nəzərdən keçirərkən, bütün əlamətlər bu əməliyyatın arxasında İran hökumətinin durduğunu göstərir. Əlamətlər bu üsyançıların peşəkar hərbi qüvvələr tərəfindən təlim keçdiklərinə dəlalət edir. Deyəsən, daha öncə belə bir şey görməmişik”, – deyə, ABŞ rəsmisi əlavə edib.
Mənbə: Azad İran
Aynur Camal