İran səfiri Putinin köməkçisi ilə görüşdübackend

İRNA məlumat verir ki, İranın Moskvadakı səfiri Kazım Cəlali Rusiya prezidentinin köməkçisi İqor Levitin ilə görüşüb.

Görüşdə müzakirə edilən ən vacib mövzularından biri də İran və Rusiya arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın davam etdirilməsi olub.

Həmçinin, Rəşt Astara dəmir yolu layihəsinin tikintisinə dair razılaşma əldə edilib.

Levitin bir daha Rusiyanın Şimal Cənub Dəhlizi layihəsində iştirak etməyə hazır olduğunu vurğulayıb.

Mənbə: Azad İran

Aynur Camal