“İRAN-SƏNƏ NƏFƏS VERİR AZƏRBAYCANIM!”-Vüqar Əhmədbackend

Tanınmış şair, ədəbiyyatşünas Vüqar Əhməd yeni şeiri ilə oxucuların marağını cəlb edib.

“Yeni Gundem” xəbər verir ki, şairin yeni şeiri “İRAN-SƏNƏ NƏFƏS VERİR AZƏRBAYCANIM!” adlanır.

İran, İran, İran – ay qonşu İran,

Uyma sən şeytana, düşün, bir dayan!

Oyan qəflət yuxusundan, ayıl, bir oyan!

Sənə nəfəs verir Azərbaycanım!

Torpağın Turandır gözəl İranım,

40 milyon burada türküm, insanım,

Quzeydən Güneyə gərək yollanım,

Sənə həyat verir Azərbaycanım!

Səndən narazıdır ay İran hamı,

Nüfuzdan gəl salma dini- İslamı,

Qaytar ellərimi, hər bir obamı,

Sənə dayaq olub Azərbaycanım!

Sonrakı peşmanlıq heç fayda verməz?

Təbrizdə istiqlal heç vədə ölməz,

Yüksələn bayrağım bir daha enməz,

Sənə dərs verəcək Azərbaycanım!

İrəvanın qardaşısan bilirik,

Erməninin qan qardaşı- görürük,

Dərdimizi Ərdəbillə bölürük,

Vahid olacaqdır Azərbaycanım!

Dövlətin də itməsin, həyası, arı,

Millətin qəlbində közdür qübarı,

Azər Türklərinin vardır Vüqarı,

Həzrət Əli rəhmi var,Azərbaycanın!

Fərahim Rəhimov