İran və Rusiya arasında yeni dövr!backend

  İran və Rusiya arasında yeni dövr! Dolların əvəzinə milli valyuta prosesi başlayır.

Bildirilib ki, İran və Rusiyanın ticarət əməliyyatlarında ABŞ dolları əvəzinə milli valyuta ilə alqı-satqı ilə bağlı əldə etdiyi razılaşma yekun nəticəyə çatıb.

İki ölkə 2022-ci ilin iyul ayında qarşılıqlı ticarət əməliyyatlarında ABŞ dolları əvəzinə milli valyutalardan istifadə etməyi planlaşdırdıqlarını açıqlayıb.

 “Dollar qlobal ticarət yolundan çıxmalıdır”

İran lideri Ayətullah Əli Xamenei 2022-ci il iyulun 19-da Tehranda Rusiya prezidenti Vladimir Putinlə görüşündə dollardan qlobal ticarətdən imtina edilməli olduğunu bəyan edərək, “Dollar tədricən qlobal ticarət yolundan çıxmalıdır” deyib.

Putin isə ABŞ-ın dolları təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığını qeyd edərək, İran və Rusiyanın ticarət əlaqələrində öz milli valyutalarından istifadənin yollarını hazırladığını bildirib.

Xatırladaq ki, İran dekabrın 25-də Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə azad ticarət sazişi imzalayıb.

 İranın rəsmi agentliyi İRNA-nın İran Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, iki ölkənin mərkəzi bankı prezidentləri arasında Rusiyada keçirilən görüşdə dolların qarşılıqlı ticarətdən çıxarılmasına dair razılaşma imzalanıb.

Bildirilib ki, ABŞ-ın sanksiyaları altında olan İran və Rusiya bankları artıq yerli valyutalarda əməliyyatlar aparmaq üçün SWIFT-dən başqa banklararası sistemlərdən də istifadə edə bilərlər.

Xəbər mənbəyi: Anadolu Agentliyi (AA)

Aynur Camal