“Fars News” xəbər verib ki, dünən axşam saatlarında İran prezidenti İbrahim Rəisi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Kermanda baş verən partlayışı terror aktı adlandıraraq deyib:
“İran xalqının düşmənləri terror vasitəsi ilə öz qanunsuz məqsədlərinə nail ola biləcəklərini düşünürlər, lakin İran xalqı sübut etdi ki, bu cinayətlər onun birliyini, təhlükəsizliyini və strategiyasını poza bilməz”.
Məlumata görə, söhbət zamanı Türkiyə prezidenti iranlı həmkarına, Rəisi hökumətinə və xalqına başsağlığı məktubu göndərdiyini də qeyd edərək deyib:
“Bu partlayışda həyatını itirənlərə görə şəxsən özüm sizə başsağlığı verməyi zəruri hesab etdim”.
Mənbə: TGRT
Aynur Camal