İranda 10 milyona yaxın insan savadsızdır!backend

Savadlılıq Hərəkatı Təşkilatının rəhbəri Əlirza Əbdi ölkədə 6 və yuxarı yaş qrupunda 7 milyon 400 min nəfərin tam savadsız olduğunu açıqlayıb və 2,5 milyon insanın yeni savadlı olduğunu açıqlayıb.

“Yeni Gundem”in məlumatına görə, Əlirza Əbdi deyib ki, “yeni savadlılar” anlayışı ibtidai məktəbin 2 və ya 3-cü sinfinə qədər oxuyan və ibtidai məktəbin 6-cı sinfinə gedə bilməyənlərə şamil edilir.

O, habelə Savadlılıq Hərəkatı Təşkilatının fəaliyyət istiqamətlərindən birinin məhkumlara oxumağı və yazmağı öyrətmək olduğunu, lakin bəzi məhbusların həbs müddətinin onların savadlı olması üçün tələb olunan müddətdən qısa olduğunu bildirib.

Mənbə: Azad İran

Aynur Camal