İrandan ABŞ mesajı: “Biz müharibəyə başlayan tərəf olmayacağıq”backend

“İran prezidenti İbrahim Rəisi ABŞ-ın İrana qarşı təhdidlərinə cavab verib və “Biz müharibəyə başlayan tərəf olmayacağıq” deyib.

İran prezidenti İbrahim Rəisi Fars körfəzindəki Hörmüzqan vilayətində xalq qarşısında çıxış edib. ABŞ-ın İrana qarşı artan təhdidlərinə cavab verən Rəisi, “Biz müharibəyə başlayan tərəf olmayacağıq, lakin hər hansı bir güc İrana sataşmağa cəhd edərsə, İran olaraq biz ən güclü şəkildə və bir şəkildə cavab verəcəyik. Belə olarsa onlara bundan peşman olacaqlar”.

İrana qarşı “təhdid” dilinin nəticə verməyəcəyini vurğulayan Rəisi, “Keçmişdə nə vaxt İrandan danışsalar, təhdid dolu sözlər işlədirdilər və “hərbi variantlar masadadır” deyirdilər. Artıq bu sözləri eşitmirik. Onlar isə “Biz İranla müharibə istəmirik” deyirlər”. İran silahlı qüvvələrinin lazımi güc və texnikaya sahib olduğunu bildirən Rəisi, “Bu gün ölkənin müdafiə qabiliyyəti çəkindirici gücə çevrilib. İranın hərbi gücü regionun heç bir ölkəsi üçün təhlükə yaratmır. “Region ölkələrindən fərqli olaraq, onlar regionun sabitliyi və təhlükəsizliyi üçün bizim hərbi gücümüzə arxalana bilərlər.

Xatırladaq ki, yanvarın 28-də İordaniyada, Suriya sərhədi yaxınlığında yerləşən Tower 22 adlı bazaya pilotsuz təyyarə hücumu həyata keçirilib və ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) 3 ABŞ əsgərinin öldüyünü, 25 ABŞ əsgərinin yaralandığını açıqlayıb. ABŞ prezidenti Co Bayden hücumun “İranın dəstəklədiyi radikal silahlı qruplar” tərəfindən həyata keçirildiyini bildirib. Tehran administrasiyası onun hücumla əlaqəsi olduğu iddialarını isə rədd edib.

Mənbə: hurriyyət.tr

Aynur Camal