İrandan Füzuli Beynəlxalq Hava Limanına ilk reys həyata keçirilib – YENİLƏNİB – 2backend

İrandan Füzuli Beynəlxalq Hava Limanına ilk təyyarə reysi həyata keçirilib.

İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin rəhbərıik etdiyi nümayəndə heyətini daşıyan avialayner Füzulidə eniş edib.

Nümayəndə heyətini Azərbaycan Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev, İranın Azərbaycandakı Seyid Abbas Musəvi və digər rəsmilər qarşılayıblar.

14:10

“İranın yol və şəhərsalma naziri Rüstəm Qaseminin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri birbaşa Azərbaycanın Füzuli şəhərindən başlayıb”.

Bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə tviterdə yazıb.

11:37

İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edəcək.

Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə deyib.

O qeyd edib ki, Rüstəm Qaseminin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.