İrandan zəhər Əfqanıstana yayıldı! 80 qız xəstəxanaya yerləşdirildibackend

İranda qızların məktəbə getməsini istəməyənlərin buraxdığı zəhər Əfqanıstana da keçib.

”Yeni Gundem” xəbər verir ki, Əfqanıstanın şimalında iki ibtidai məktəbdə qızlar hədəfə alınıb.

“The Guardian” qəzetinin xəbərinə görə, Əfqanıstanın şimalından olan yerli təhsil rəsmisi iki məktəbə hücum edildiyini və 80-ə yaxın qızın zəhərləndiyini açıqlayıb.

Hücumçunun ‘şəxsi nifrət’ zəminində hərəkət etdiyini deyən rəsmi, əlavə təfərrüatlar açıqlamayıb. Hücum edən şəxsin məktəblərdə kiməsə pul verərək zəhər yaydığı güman edilir.

“İki ibtidai məktəb bir-birinin yanında yerləşir. Hücum edənlərdən birinə zəhər yeritdikdən sonra o, digərinə keçib. Tələbələrin hamısına xəstəxanada tibbi yardım göstərilib, hazırda vəziyyətləri yaxşıdır”.

Mənbə: TGRT

Aynur Camal