“İranın beynəlxalq aləmlə əlaqəsinin olmaması Rusiyaya sərf edir”backend

Beynəlxalq əlaqələr üzrə analitik İlahə Kulayi “İran diplomatiyası” saytında yazıb:

“Qərblə münasibətlərimizi yaxşılaşdırdıqca, Rusiya ilə əlaqələrimizi də tənzimləməli idik, lakin bunu edə bilmədik. Beləliklə Qərblə də münasibətlər bloklanıb və Rusiya bundan yararlanıb, səbəbi isə İranın özünəməxsus geosiyasətindən qaynaqlanır. Biz Rusiyanı niyə bizimlə bu cür rəftar etdiyinə görə qınaya bilmərik. Rusların bizimlə belə davranmasına şərait yaradan məhz bizik”.

Rusiya İranın beynəlxalq ictimaiyyətlə əlaqəsinin olmamasından Ukrayna müharibəsində faydalanır.

Analitik həmçinin əlavə edib:

“Ümumiyyətlə, biz başqa ölkələrin bizə baxışına az diqqət yetiririk və məsələləri daha çox öz nöqteyi-nəzərimizdən araşdırırıq. Rusiyaya gəlincə, düşünürəm ki, İrana Yaxın Şərq kontekstində və onun hansı mövqedə olduğu prizmasından baxmaq lazımdır. Ukrayna məsələsinə gəlincə, hesab edirəm ki, ruslar hansısa yolla İranı bu müharibəyə cəlb etməyə çalışırdılar. Belə ki, müharibənin beynəlxalq məsuliyyəti və nəticələri İranın üzərinə düşsün.

Görünür, hesablanmış siyasət baş tutub və xarici əlaqələrimizdə mübadilə olmadığından İranın Rusiya üçün oynadığı rol çox faydalı və diqqətəlayiq olub. İran çox vacib oyunçudur, amma bizim xarici əlaqələrdə yaratdığımız vəziyyətdən ruslar çox faydalanır. Bu, müharibədə də belədir. Görünən odur ki, bundan yararlanan məhz Rusiyadır”.

Mənbə: Azad İran

Aynur Camal