“Rouydad-24” saytı xəbər verib ki, İran internet keyfiyyətinə görə dünyanın 121 ölkəsi arasında 95-ci yerdə qərarlaşıb.
Məlumata görə, İranda internet sürətinin keyfiyyəti ötən illə müqayisədə 11 pillə geridələyib. Habelə, dünya ölkələrində internet kəsintiləri göstəricilərində 47-ci yerdədir.
“Surfshark” internet saytı qeyd edib ki, İran dünyada internetə ən çox məhdudiyyət qoyan ikinci ölkədir. Bununla yanaşı, xaricdə yaşayan iranlıların ölkənin domenlərinə qoşulma imkanları olmadığı üçün kiberhücumlara məruz qalırlar.
Mənbə: Azad İran
Aynur Camal