İranın Quru Qoşunları Azərbaycanla sərhəddə təlimlərə başlayırbackend

İranın Quru Qoşunları ölkənin şimal-qərbində Azərbaycanla sərhəd bölgələrdə irimiqyaslı hərbi təlimlərə başlayır.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

İran Quru Qoşunlarının komandanı general Kyumərs Heydərinin sözlərinə görə, təlimlər oktyabrın 1-i başlayacaq.

Təlimlərə zirehli bölmələr, artilleriya, pilotsuz uçuş aparatları və helikopterlər cəlb olunacaq.

Heydərinin sözlərinə görə, hərbi təlimlər əvvəlcədən hazırlanmış proqram əsasında ölkənin bu bölgəsində və digər vilayətlərində keçirilir. O bildirib ki, təlimlərin keçirilməsində məqsəd İranın silah və texnikalarının sınaqdan keçirilməsi, həmçinin döyüş hazırlığı səviyyəsinin qiymətləndirilməsidir.