İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb.
“Yeni Gundem”xəbər verir ki, İranın xarici işlər naziri Abdullahian sionist işğalçı rejimin Qəzzəyə hücumlarını müzakirə etmək üçün Qətərin paytaxtı Dohaya gedib.
Qətərlə təmaslarından sonra Türkiyəyə səfəri gözlənilən Əmir Abdullahiyan bir gün əvvəl Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Ferhan ilə Fələstindəki son vəziyyəti müzakirə edib.
Əmir Abdullahiyan X sosial media platformasındakı paylaşımında Səudiyyə Ərəbistanının xarici işlər naziri Bin Fərhan ilə görüşü ilə bağlı bunları bildirib:
Sionist rejimin Qəzzada cinayətlərinin dayandırılması, bu bölgəyə humanitar yardımların göndərilməsi və fələstinlilərin məcburi köçünə qarşı beynəlxalq ictimaiyyətin və İslam ölkələrinin birgə fəaliyyət göstərməsinin zəruriliyi vurğulanıb.
Mənbə: İLKHA
Aynur Camal