İraq ABŞ-a məxsus bazalara hücum etdibackend

ABŞ-ın İraqdakı işğalçı bazasına raket və PUA-larla hücum edilib.

“Yeni Gundem” xəbər verir ki, Ayn əl-Əsəd hava bazasında çoxsaylı partlayış səslərinin eşidildiyi və İraq ordusunun ərazini bağlayaraq axtarış əməliyyatına başladığı bildirilib.

Hücum zamanı ölən və ya yaralananların olub-olmadığı məlum deyil.

Keçən həftə bəzi silahlı qruplar ABŞ-ın sionist rejimə dəstəyinə görə onu təhdid etmişdilər.

Pentaqonun dünən verdiyi açıqlamada isə  İraq və Suriyadakı ABŞ qüvvələrinin hədəf alındığı və yüngül yaralananların olduğu açıqlanıb.

Qeyd edilib ki, İraqın qərbindəki Ənbar vilayətində ABŞ əsgərlərinin yerləşdiyi Ayn əl-Əsəd hərbi bazası, Ərbildən təxminən 70 kilometr şimal-şərqdə yerləşən Harir qəsəbəsində ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya məxsus baza yerləşir.

Mənbə: İLKHA

Aynur Camal