İraqın şəhərlərinə Ramazan yardımı göndərildibackend

Türkiyə Diyanət Vəqfi (TDV) Ramazan yardımı fəaliyyətləri çərçivəsində İraqın Kərkük şəhərində min ərzaq bağlaması paylayıb.

TDV Böhran Bölgələri Humanitar Yardım Məsulu Mahmut Temelli hər Ramazanda olduğu kimi bu il də Türkiyədə və dünyada Ramazan yardımlarını davam etdirdiklərini söyləyib.

Kərkük şəhəri və ətrafına 5 gündür ərzaq yardımının davam etdiyini bildirən Temelli, bu çərçivədə cəmi min ərzaq bağlaması payladıqlarını bildirib.

O həmçinin hər bir ailənin gündəlik mətbəx ehtiyacını ödəmək üçün ərzaq bağlamaları hazırladıqlarını ifadə edərək, yardımı xüsusilə əlil, yetim mühacir və ehtiyacı olan ailələrə payladıqlarını qeyd edib.

Qida yardımlarının yanında iftar süfrələri də qurduqlarını bildirən Temelli, “Kərkük və ətrafının müxtəlif bölgələrində təşkil etdiyimiz iftarlarda xüsusilə yetim və ehtiyacı olan ailələri bir masada bir araya gətirdik” deyib.

Mənbə: TrtHaber

Aynur Camal