İlkin məlumata əsasən, İrəvan Dövlət Universitetində partlayış ali məktəbin kimya kafedrasının binasındakı zirzəmidə baş verib.
Hazırda partlayışın baş vermə səbəbini araşdırmaq üçün hadisə yerinə müvafiq qurumların nümayəndələri cəlb olunub.
Partlayış zamanı xəsarət alan 3 nəfərin ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı qeyd olunub.
Səhiyyə Nazirliyi isə partlayış nəticəsində bir nəfərin öldüyünü açıqlayıb.