“İrəvan vaxt udmaq niyyəti ilə çıxış edir” – Deputatbackend

Azərbaycan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixinin parlaq qələbəsini qazanaraq torpaqlarımızı 30 illik düşmən işğalından azad etdi. Bununla da ədaləti bərpa etdi. Azərbaycan güclü tərəf olaraq Ermənistana sülh müqaviləsini imzalanmaq təkilifini irəli sürdü. Münasibətlərin normallaşması, kommunikasiyaların açılması, şərti sərhədlərin dəqiqləşdirilməsi kimi təkliflərini verdi.

Bu fikirləri “Yeni Gundem”-ə Parlamentin üzvü Cavid Osmanov bildirib.

Milli Məclisin deputatı C.Osmanovun sözlərinə görə, son illər ərzində müxtəlif istiqamətlərdə təxribatlar törətməklə sülh müqaviləsini imzalamağdan boyun qaçırmaq istəyir.

“Əlbəttə bir sıra parametrlər üzrə Ermənistan havadarları ilə birgə müxtəlif təxribatlar törədir. Erməni lobbisi tərəfindən informasiya müharibəsi aparılır. Eyni zamanda Laçın sərhəd-nəzarət buraxılış məntəqəsi ətrafında “blokada” şousu nümayiş etdirilir. Bütün bunlar ona hədəflənir ki, sülh müqaviləsi imzalanmasın. Bir sözlə qarşı tərəf vaxt udmaq niyyəti ilə çıxış edir”.

Millət vəkilinin fikrincə, bu gün bütün dünya Qarabağın Azərbaycan torpağı olmasına qəbullanıb:

“Vətən müharibəsindən sonra ki, dövr göstərdi ki, düşmənin istənilən təxribatı adekvatla cavablandırılır. Bütün dünya qəbullanıb ki, Qarabağ Azərbaycanın tarixi ərazisidir. Ermənistanın BMT-dəki son məğlubiyyəti də bunu deməyə əsas verir. Ermənistanın təxribatları Azərbaycan Silahı Qüvvələri tərəfindən qətiyyətlə alınır. Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində qətiyyətli addımlarını bundan sonra da atacaqdır. Azərbaycan ərazi bütövlüyünü bərpa edir. Heç bir qara qüvvə bizi haqq yolumuzdan döndərə bilməz”,- deyə o, qeyd edib.

Fərahim Rəhimov

Yenigundem.az