İri buynuzlu öküz avtomobildə saxlanıldıbackend

ABŞ-ın Nebraska ştatında nəqliyyat vasitəsinin yan oturacağında oturan öküz sürücü ilə uzun müddət magistral yolda səyahət edib.

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, polis tərəfindən saxlanılan avtomobilin sürücüsünə xəbərdarlıq edilib. Bütün bunlar davam edərkən öküzün sakit oturduğu anlar kameraya əks olunub.

Polis əməkdaşları yerli mətbuata bildiriblər ki, əvvəlcə avtomobilin içərisində kiçik bir buzov görəcəklərini gözləyirdilər.

Bunun əvəzinə nəhəng spiral buynuzları ilə tanınan Vatusi öküzünü görəndə şok keçiriblər.

Norfolk polis departamentinə istinadən yerli KİV-lər yazıb ki, polis əməkdaşı sürücüyə xəbərdarlıq yazıb, ondan şəhəri tərk edib öküzü evinə aparmasını istəyib.

Mənbə: TrtHaber

Aynur Camal