İslami Cihad Hərəkatı İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasını bombaladıqlarına dair iddialarını rədd edərək, bunun “əsassız” olduğunu bildirib.
“Yeni Gundem” xəbər verir ki, hərəkatın verdiyi yazılı açıqlamada “İslami Cihad”ın Qəzzada olan digər müqavimət qüvvələri kimi ibadət yerlərini və ictimai obyektləri, xüsusən də xəstəxanaları hərbi mərkəz, silah anbarı və raket atmaq üçün istifadə etmədiyi bildirilib.
Bəyanatda İsrail rəsmilərinin hərəkatın Qəzzadakı Əl-Əhli Baptist Xəstəxanasını hədəf aldığına dair iddialarının “əsassız və real olmadığı” qeyd edilib və “Bir neçə İsrail rəsmisinin günlərdir ki, media vasitəsilə bu təhdidləri təkrarladığı” diqqətə çatdırılıb.
Xatırladaq ki, ötən gecə İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına hücumu nəticəsində ən azı 500 fələstinli həyatını itirib.
Mənbə: TrtHaber
Aynur Camal