İslandiyada vulkan püskürdü: Kamerada axan lavabackend

Turizm mərkəzinin yaxınlığında baş verən partlayış nəticəsində otellər boşaldılıb. İslandiyanın vulkanik fəaliyyət dövrünə qədəm qoyduğu və bunun illərlə davam edəcəyi bildirilir. İslandiya vulkanik fəaliyyəti ilə yenidən gündəmə gəlib.

Ağır zədələnmiş balıqçı şəhərciyi və ölkənin ən mühüm turistik məkanı olan Blue Lagoon termal spasının yaxınlığında yenidən vulkan püskürüb.

Son aylarda üçüncü dəfə baş verən partlayış paytaxt Reykyavikdən təxminən 40 kilometr aralıda, Reykjanes yarımadasında baş verib.

İslandiya Meteorologiya İdarəsinin məlumatına görə, püskürmə yerli vaxtla səhər saat 6 radələrində başlayıb. Lavanın 3 kilometr uzunluğundakı çatdan fışqıraraq qərbə doğru axdığı paylaşılıb. “Bu, ötən dəfəkindən daha Grindavikdən daha uzaqdadır, buna görə də şəhər üçün daha yaxşıdır” deyə O, açıqlama verib.

Vulkan püskürməsi səbəbindən termal kurort ərazisindəki otellər boşaldılıb. Time-a görə, İslandiya orta Atlantik silsiləsində Şimali Amerika və Avrasiya tektonik plitələri arasında yerləşdiyinə görə geoloji cəhətdən ən aktiv yerlərdən biridir.

Sözügedən ölkədə təxminən 30 vulkanik sistem və 600-dən çox isti bulaq var. Vulkanik fəaliyyətin illərlə davam edəcəyi gözlənilir

İslandiyadakı səlahiyyətlilər lavanı əsasən şəhərdən kənarda saxlamağa kömək edən maneələr qursalar da, bölgənin illərlə davam edəcəyi gözlənilən vulkanik fəaliyyət dövrünə girdiyinə dair xəbərdarlıqlar var.

Mənbə: EnSonHaber

Aynur Camal