Qaxın Ləkit kəndində yerləşən fermadan cari ilin yanvar ayından aprel ayınadək olan müddət ərzində ümumi dəyəri 11 min manata yaxın olan 71 baş xırdabuynuzlu heyvan oğurlanıb.
DİN-dən verilən məlumata görə, istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 71 baş keçini oğurlayan şəxsin həmin fermada çoban işləyən Zaqatala rayonu Gözbarax kənd sakini Şirin Məmmədov olduğu müəyyən edilib.
O, şübhəli şəxs qismində saxlanılıb. Ş.Məmmədov törətdiyi cinayət əməlini etiraf edib və keçiləri oğurlayaraq Qax və Zaqatala rayonlarında ayrı-ayrı şəxslərə satdığını bildirib. Əldə etdiyi pulu isə özünün əyləncəsi üçün xərcləyib. Polis əməkdaşları tərəfindən həmin heyvanları alan şəxslər də müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.