İsmayıl Qacar: Gürcüstandakı sələfilərin rəhbəri Emin Hacıyev radikal dini şəbəkə yaradıbbackend

Gürcüstan vətəndaşı, Mədinə İslam Universitetinin məzunu, Marneuli rayon Əzizkənd sakini, Gürcüstanda yaşan soydaşlarımıza, həmçinin Gürcüstan dövlətinə və Azərbaycanın milli maraqlarına yaxın gələcəkdə ciddi terror təhlükəsi törədə biləcək radikal dini şəbəkə yaradıb.

Bu barədə mətbuata Gürcüstan Qarapapaq Türkləri Birliyi (GQTB) Rəyasət Heyətinin üzvü İsmayıl Qacar bildirib.

Emin Hacıyev çox təhlükəli radikal dini görüşlərə malikdir və nə Azərbaycan dövlətini nə də Türkiyə dövlətini qəbul etmir, əhalini isə “kafir” adlandırır, müsəlman saymır. Öz dini görüşlərini Sələfiliklə pərdələyir, əslində İŞİD və ona yaxın terror təşkilatlarının dini-radikal şüarları yönümündə ideoji təbliğat aparır.

Bunu acıq-aşkar söyləməkdən, təbliğatını aparmaqdan çəkinmir. Səduiyyə Ərəbistanında fəaliyyət göstərən, radikal fikirləri ilə tanınan Sələfi Şeyxi İbrahim əl-Ruheylinin birbaşa nəzarətində olan Emin Hacıyev, Azərbaycan Respublikasının milli suverenliyini, dövlət hakimiyyətini qəbul edən digər sələfilərə qarşı radikal mövge nümayiş etdirir, həmin adamları təhqir etməkdən çəkinmir. Səudiyyə Ərəbistanından, Şeyx İbrahim əl-Ruheylinin təqdimatı əsasında külli miqdarda maliyyə vəsaitlərini qanunsuz olaraq Gürcüstana daxil edən Emin Hacıyev, Borçalıda, Gürcüstanın bəzi bölgələrində, Moskvada və Azərbaycanda gələcəkdə terror qruplaşmasına çevrilə biləcək dini-radikal şəbəkə yaradıb və yeni gəncləri cəlb etməklə genişləndirməkdədir. Bu şəbəkənin maliyyə vəsaitlərini daha da artırmaq üçün isə, Gürcüstanın Marneuli şəhər sakini Valeh Allahverdiyev vsitəsiylə biznes şəbəkəsi qurub. Valeh Allahverdiyev faktiki olaraq bu dini-radikal şəbəkənin kassiri rolunu oynayır.

Emin Hacıyev onun dini-radikal təbliğatına etiraz edən dirgər şəxsləri fiziki cəhətdən məhv etmək təhdidləri ilə qorxutmaq vasitəsinə də əl atır. Təhdid tipli yazıları onun radikal fikirli tərəfdarları sosial şəbəkədə ünvanlı olaraq yazmaqdan çəkinmirlər. Bu şəxslərin müəyyən edilib Gürcüstan xüsusi xidmət orqanlarına rəsmi müraciət edilməsi istiqamətində artıq işlər aparırıq deyə İsmayıl Qacar qeyd edib.

Bu dini-radikal şəbəkə Emin Hacıyevin rəhbərliyi ilə ABŞ, Rusiya və Birləşmiş Millətlər Təşkilatının aydiyyatı qurumları tərəfindən “terror təşkilatları siyahısına” salınmış Jamiyyat İhya at-Turas al-İslami (İslam İrsinin Dirçəlişi Cəmiyyəti) təşkilatından külli miqdarda maliyyə vəsaitləri alır və sələfiliklə pərdələnmiş öz ideoloqiyasını Gürcüstanın Borçalı bölgəsində yaymağa çalışır. Emin Hacıyevin Moskvadakı tərəfdarları radikal sələfiliyi orada genişləndirilər. Halbuki həmin şəxslərə gizli vasitələrlə verilən maliyyə vəsaitləri Rusiya Federasiyası Ali Məhkəməsi tərəfindən qadağan edilmiş və terrorçu təşkilatlar siyahısına salınmış Jamiyyat İhya at-Turas al-İslami (İslam İrsinin Dirçəlişi Cəmiyyəti) təşkilatından təmin edilir. Bu şəbəkəni genişləndirmək üçün isə həmin maliyyə vəsaitləri ilə ciddi biznes qurublar. Bu şəxslər barəsində də artıq dosyelər hazırdır və aydiyyatı dövlət qurumlarına təqdim ediləcək.

Emin Hacıyevin digər tərəfdarları, onu gələcəkdə terror qruplaşmasına çevrilə biləcək radikal şəbəsinə daxil olan şəxslər barədə xüsusi dosyelər hazırlanır.Bu radikal şəbəkəyə daxil olan Kamil, Anar və Maşallah adlı radikal fikirli şəxslər barədə isə araşdırma bitdikdən sonra mətbuata açıqlamam vriləcək və eyni zamanda xüsusi xidmət orqanlarına rəsmi müraciət təqdim ediləcək.

Maraqlı burasıdır ki, Emin Hacıyev Azərbaycanı müsəlman dövləti kimi qəbul etmir, Azərbaycan Prezidenti İlham Əliyevi dövlət başçısı kimi qəbul edən digər sələfiləri əxlaqsızcasına təhqir edir. Deyə İsmayıl Qacar fikirlərini tamamlamışdır