İsmayıllı sakinindən silah götürüldübackend

İsmayıllı sakinində silah aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıhətəmli kənd sakini İ.Ağayevdən müvafiq sənədləri olmayan İJ markalı ov tüfəngi aşkar edilərək götürülüb.