İspaniyada quraqlıq xəbərdarlığıbackend

İspaniyanın şərqindəki Kataloniya bölgəsində artan quraqlıq səbəbiylə 6 milyon insanın yaşadığı 202 bələdiyyədə etibarlı fövqəladə vəziyyət elan edilib.

Kataloniyanın Barselona, ​​Girona şəhərləri və Kosta-Brava bölgəsini əhatə edən fövqəladə qərar, Ter və Llobregat çaylarında su ehtiyatının 15,8 faizə qədər azalması səbəbindən qəbul edilib.

Kataloniya muxtar hökumətinin başçısı Pere Araqones, “qeyri-adi və narahat edici bir vəziyyətlə” qarşı-qarşıya qaldıqlarını ifadə edərək, “Yağış ölçmələri aparıldıqdan sonra heç vaxt belə uzunmüddətli quraqlıqla qarşılaşmamışıq. Yağışı almamışıq. Kataloniyada son 3 ildə yağış lazımdır”. Araqones, “Yeni bir iqlim reallığı ilə qarşı-qarşıyayıq. Hazırda qısa və orta müddətli tədbirlər həyata keçiririk. Əminəm ki, vətəndaşların və bələdiyyələrin əməkdaşlığı, atılan ilk addımlar və kollektiv iş ilə quraqlıq problemini aradan qaldıracağıq” deyib.

Yeni tədbirlərə uyğun olaraq, təsərrüfat və kommersiya fəaliyyətləri də daxil olmaqla adambaşına gündəlik su istehlakı maksimum 200 litrlə məhdudlaşdırılır, bu məbləği aşan bələdiyyələr isə cərimələnəcək.

Otellərdə və düşərgə zonalarında hovuzların doldurulması, idman zallarında duşlardan və su oyunlarından istifadə qadağandır.

Bundan başqa, fövqəladə vəziyyət elan edilən yerlərdə sudan istifadə kənd təsərrüfatında 80 faiz, heyvandarlıqda 50 faiz, sənayedə isə 25 faiz məhdudlaşdırılıb.

Quraqlıq səbəbilə görülən yeni tədbirlər çərçivəsində müəyyən saatlarda suyun tam kəsilməsi olmasa da, evlərdə su sərfiyyatını azaltmaq üçün su təzyiqləri azaldılacaq.

Küçə, səki və mağazanın vitrinləri kimi yerlərin magistral su ilə təmizlənməsi qadağan olunduğu halda, bağların və yaşıllıqların suvarılması yalnız təmizləyici qurğulardan və ya quyu suyundan ağacların yaşaması üçün kifayət qədər səviyyədə həyata keçiriləcək.

Mənbə: İLKHA

Aynur Camal