İspaniyalı fermerlər Madriddə traktorları ilə yolları bağladılarbackend

Fevralın 6-da İspaniyada başlatdıqları etirazlar hələdə davam edir. Minlərlə fermer paytaxt Madriddə toplaşaraq traktorları ilə yolları bağlayıb.

Madrid şəhər mərkəzinə 5 əsas yoldan daxil olmaq istəyən fermerlərə Qubernatorluğun qərarı ilə bir çox nöqtədə jandarma və polis müdaxilə edib.

Təxminən 600 traktordan yalnız 50-nin şəhər mərkəzinə girməsinə icazə verildiyi halda, traktorları ilə şəhərdən kənarda qalan fermerlər Madridin dairəvi yollarını trafikə bağlayıblar. Fermerlərlə təhlükəsizlik qüvvələri arasında zaman-zaman gərginlik yaşanıb.

Digər tərəfdən, şəhər mərkəzində fermerlərin toplaşdığı Müstəqillik Meydanı (Plaza de la Independencia) və ətrafı səhər saatlarından etibarən tamamilə trafikə bağlanıb.

Nümayiş üçün Madridə gələn fermerlər və traktorları ilə meydana çıxan fermerlər Kənd Təsərrüfatı, Qida və Balıqçılıq Nazirliyinin binasına doğru addımlamaq istəyiblər.

Lakin icazə verilən yürüş marşrutundan kənara çıxmaq istəyən fermerlərə polis müdaxilə edib. Hadisələr zamanı həm şəhərin mərkəzində, həm də ətraf yollarda saxlanılanlar olub.

Madridin mərkəzində və dairəvi yollarda gözləyən fermerlərin etirazları davam edir.

 İspan fermerləri: Bizim problemlərimiz yeni deyil, onlar 45 ildir davam edir

Nümayişdə iştirak edən fermerlərdən biri Amada Almeda AA müxbirinə “İstədiyimiz tək bir şey var, o da ədalətli əmək haqqıdır. Biz tarladan çıxan məhsullarımıza görə ədalətli maaş verilməsini istəyirik. Biz Cuencanın bir kəndindən gəlirik.  Problemlərimiz yeni deyil, 45 ildir davam edir. Babamın vaxtında da belə idi. Problemlər var idi, amma kifayətdir. Biz daha az vəd və daha çox fəaliyyət istəyirik” deyib.

Tarladan gələn məhsulların qiymətinin qalxmalı olduğunu bildirən fermer Julia Lopez, “Belə davam edə bilmərik. Hökumətin atacağı addımlar bizim fəaliyyətimizin istiqamətini müəyyən edəcək” deyib.

 Fermerlər hökumətdən vəd yox, konkret addımlar istəyir

Hökumətin təklif etdiyi 18 bəndlik tədbirlər paketinin vədlərini yetərli saymayan fermerlər konkret addımların atılmasını istəyirlər.

Fermerlər “AB-nin kənd təsərrüfatı siyasətlərində çeviklik, Aİ üzvü olmayan ölkələrdən gələn məhsullara məhdudiyyətlər və sərt nəzarət, quraqlığa qarşı yardımın artırılması, tarlalardan bazarlara qədər qida zəncirinə nəzarət və qanunların gücləndirilməsi və fermerlərin sığorta hüquqlarının genişləndirilməsini” tələb edirlər.

Kənd Təsərrüfatı, Qida və Balıqçılıq Naziri Luis Planas, Avropadakı fermerlərə kömək etmək, ümumi kənd təsərrüfatı siyasətlərində bəzi çeviklik tətbiq etmək və ya bəzi maddələri müvəqqəti olaraq dayandırmaq üçün Avropa İttifaqında təşəbbüs göstərəcəklərini açıqlayıb.

Hökumət qida zəncirindəki pozuntulara nəzarəti gücləndirmək üçün dövlətə məxsus “Qida İnformasiya və Nəzarət Agentliyi”nin yaradılmasını da vəd edib.

Mənbə: TrtHaber

Aynur Camal