Bildirilib ki, İsrail administrasiyası ABŞ prezidenti Co Bayden də daxil olmaqla Fələstin-İsrail probleminin iki dövlət həllini müzakirə edən ABŞ-ın yüksək səviyyəli rəsmilərindən narahat olub və Vaşinqton administrasiyasını bu mövzuda açıq danışmamağa çağırıb.
“Times of Israel” qəzetinin adı açıqlanmayan 4 İsrail və ABŞ rəsmisinə əsaslanan xəbərinə görə, İsrailli idarəçilər Bayden administrasiyasından şəxsi görüşlərində iki dövlət həllindən danışmamağı xahiş ediblər.
ABŞ rəsmisi bildirib ki, mesajı Vaşinqtonun “siyasi motivli kampaniya” apardığını düşündüyü üçün Bayden administrasiyasındakı təsiri məhdud olan Baş nazir Benyamin Netanyahu çatdırmayıb.
İki İsrail rəsmisi, Benny Gantz və müxalifət lideri Yair Lapid də daxil olmaqla, Müharibə kabinetinin digər üzvlərinin də Bayden administrasiyasının iki dövlətli həll zərurətinə dair yenidən canlanmış ritorikasından narahat olduqlarını bildiriblər.
İsrail rəsmilərindən biri HƏMAS-ın 7 oktyabr hücumuna işarə edərək, “7 oktyabrda baş verənlərdən sonra iki dövlətli həll HƏMAS üçün bir mükafatdır” deyib.
Qurulduğu gündən bəri Fələstin torpaqlarını işğal etməyə davam edən İsrail, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən Fələstin torpaqlarının bir hissəsini işğal altında saxladığı kimi qəbul edilir. İsrail, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilən və tərəflərin 1967-ci il sərhədlərinə qayıtması, paytaxtı Şərqi Qüds olmaqla, tam suverenliyə malik müstəqil Fələstin dövlətinin qurulmasını nəzərdə tutan iki dövlətli həllin tərəfdarı deyil.
ABŞ prezidenti Co Bayden dekabrın 12-də verdiyi açıqlamada, İsrailin Qəzzaya qarşı qərəzsiz bombardmanları səbəbindən dünya dəstəyini itirməyə başladığını və Netanyahunun uzunmüddətli həll yolu üçün hökumətini dəyişməli olduğunu bildirib.
Netanyahu hökumətini “İsrail tarixinin ən mühafizəkar hökuməti” olaraq xarakterizə edən Bayden, bu administrasiyanın İsrail-Fələstin probleminin aradan qaldırılması üçün iki dövlətli həll yolunu dəstəkləmədiyini bildirib.
İsrailin rabitə naziri Şlomo Karhi dekabrın 13-də X platformasındakı yazısında bildirib ki, Təl-Əviv “heç vaxt Fələstin dövlətinin yaradılmasına imkan verməyəcək”.
Mənbə: Ntv.Tr
Aynur Camal