İsrail əsgərləri Qəzzada dağıntıların üzərinə öz ölkələrinin bayraqlarını sancıb. Reaksiya doğuran görüntülərlə bağlı “Məsələ girovlarda deyil, torpaqdır” deyilib.
İsrail ordusu xüsusilə Qəzza zolağında hücumlarını gücləndirib. Mülki infrastruktur və yaşayış məntəqələri dağıdıldığı halda, minlərlə dinc sakin həlak olub.
İtkilərin davam etdiyi bölgədə İsrailin qanlı hücumları zamanı dağıntıya çevrilən yerlərdə tikilən bayraqlar diqqət çəkib.
İsrail əsgərləri dağıntıların arasından irəliləyərkən ətrafdakı bir çox nöqtədə İsrail bayraqlarının qaldırıldığı görülüb.
Sosial mediada paylaşılan görüntülərdə bir İsrail əsgəri “qələbə qazandıqlarını” bildirən jestlər edib.
İstifadəçilər yaranan mənzərəyə reaksiya veriblər.
Sözügedən hücumların heç bir xəbərdarlıq edilmədən həyata keçirildiyinə diqqət çəkən hesabatda HƏMAS-ın orada gizlənməsi kimi cinayət yerlərində İsrailin hücumlarına haqq qazandıra biləcək heç bir dəlil tapılmadığı qeyd edilib.
Mənbə: EnSonHaber
Aynur Camal