Son xəbər: İsrail-Həmas müharibəsində son vəziyyət… İsrail əsgərləri parlament binasını ələ keçirdi.AB-dən Netanyahuya soyuq duş: Fələstinlilər üçün dövlət qurmalıyıq.İsrailin blokadası altında olan Qəzzadan son xəbərlər gəlməyə davam edir…
“Yeni Gundem” xəbər verir ki, İsrail mətbuatı İDF əsgərlərinin HƏMAS-ın nəzarəti altında olan parlament binasını ələ keçirdiyini əks etdirən görüntülər dərc edib. Görüntülərdə parlament binasının içərisində olan əsgərlərin İsrail bayrağını açdığı görülüb.
Fələstinin etirafına bənzəyən AB-dən açıqlama gəlib. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Birliyin izlədiyi siyasətdə dəyişikliyə işarə edərək, ‘Biz Fələstinlilər üçün bir dövlət qurmalıyıq’ deyib.
Qolani briqadasının İsrail əsgərləri Qəzzada parlament binasını ələ keçirərək orada İsrail bayrağını qaldırıblar. İsrail mətbuatı həmin anları lentə alan əsgərlərin görüntüsünü dünya ilə paylaşıb.
Xatırladaq ki, 2007-ci ildən bəri parlament binası əsasən HƏMAS deputatları tərəfindən zəbt edilib, ona görə də onu tez-tez “Həmas parlamenti” adlandırırlar.
İsrail mətbuatı parlament binasını “Həmasın ürəyi” kimi qiymətləndirib. Müdafiə naziri Yoav Gallant vəziyyətin qiymətləndirilməsi zamanı İsrail ordusunun Qəzzadakı qarşıdurmalarda irəliləyişini vurğulayıb.
“İD qüvvələri plana uyğun fəaliyyət göstərir və həssas kəşfiyyat məlumatlarından istifadə edərək, missiyaları dəqiq, ölümcül və hava, dəniz və quru qüvvələri arasında koordinasiyada yerinə yetirir” deyib.
Mənbə: hurriyyət.tr
Aynur Camal